Şəhid Vüsal Kazımovun şəhadət günü anıldı
03.03.2024-cü il tarixində Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş Şəhid Kazımov Vüsal Vüqar oğlunun şəhadəti günü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Anım mərasimində şəhidin ailə üzvləri, döyüş dostları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri və üzvləri iştirak etmişlər.
Şəhid Kazımov Vüsal Vüqar oğlu 03.03.2022-ci il tarixində şəhid olmuşdur. O, 20 avqust 2000-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. Sonradan ailəsi ilə birgə Bakıya köçmüşdür. Nəsimi rayonu 9 saylı tam orta məktəbin məzunu olmuşdur. Yüksək bal ilə daxil olduğu Memarlıq və İnşaat Universitetində ali təhsilini başa vurduqdan sonra torpaqlarımızın azadlığı uğrunda Şuşa şəhəri N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə yollanmışdır. 03.03.2022-ci il tarixində xidməti vəzifə borcunu yerinə yetirən zaman ağır xəsarətlər almış və hərbi tibb müəssisəsinə təxliyyə olunmuşdur. Həkimlərin səylərinə baxmayaraq həyatının xilas etmək mümkün olmamış və tibb müəssəsində şəhid olmuşdur. Vüsal Kazımov II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Allah rəhmət eləsin!
AVMVİB Mətbuat xidməti