03.12.2024

AVMVİB sədri Avropa Şurasının bəyanatını ermənipərəst mövqe ilə əlaqələndirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Ədəb oğlu Rzaquliyev Avropa Şurasının Azərbaycan Respublikasına qarşı verdiyi bəyanatı qərəzli hesab edib.

Veteran.az saytına açıqlamasında qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatı olan Avropa Şurasının bəşəri dəyərləri yüksək tutmaq əvəzinə, açıq şəkildə Qarabağda insanlığa qarşı cinayətlər törətmiş erməni terrorçularına dəstək nümayiş etdirməklə Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm edə bilmədiyi üçün bu cür ədalətsiz addımlar atmasını humanizm prinsiplərinə zidd kimi qiymətləndirən AVMVİB sədri əlavə etmişdir ki, ermənipərəst qüvvələrin fəallığına baxmayaraq Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün təzyiqlərdən üzüağ çıxacağına inanır.

Füzuli Rzaquliyev qeyd etmişdir ki, beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü toxunulmazdır. Biz də beynəlxalq hüquqla təsbit olunub tanınan öz ərazi bütövlüyümüzü təmin etmişik. Lakin, soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarından qovulmasına reaksiya verməyən, BMT-nin 4 məlum qətnaməsinin kağız üzərində qoyan Qərb və Avropa Şurası beynəlxalq tribunlardan erməni cəlladlarına söz verib onların əməllərinə göz yumursa, aydın məsələdir ki, Azərbaycan dövlətinə və xalqına qarşı ədalətli mövqe tutmayacaq.

AVMVİB sədri bildirmişdir ki, Azərbaycan xalqı 7 fevral — Prezident seçkilərində bir daha polad iradə nümayiş etdirərək İlham Əliyevi dövlətin başında görmək istəyir. Çünki, cəmiyyətin əsas hərəkətverici qüvvələrindən biri olan müharibə veteranlarının, ümumilikdə bütün AVMVİB üzvlərinin vahid seçimi kimi cənab İlham Əliyevin fəaliyyəti Vətənə, Xalqa və onun rifahına yönəldiyi bütün vətəndaşlarımıza gün kimi aydındır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: