27.07.2024

AVMVİB Neftçala rayon şöbəsi şəhidləri ziyarət edib

21.01.2024-cü il tarixdə Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbənin idarə heyəti və üzvüləri Şəhid atası Rüfət Fətullayevlə birgə  Neftçala şəhəri II – Mayak kəndində Şəhid Fətullayev Rafail Rüfət oğlu və Səlimov Asif Səlim oğlunun yeni düzəldilirilmiş “Şəhid Foto Plakatı”- nı ziyarət etmişdir.

 AVMVİB – nin Neftçala şöbəsinin idarə heyyəti və veteranları şəhid atasına daima mənəvi və fiziki dəstək göstərəcəyini bildirdi. Şəhid ailələrinin daim yardımına çatan Neftçala rayonunun Bankə qəsəbə sakini Usta Kərbəlayi Firudin hər iki “Şəhid Foto Plakatı”- nın ətrafında təmənnasız tikinti aparmasını öz öhdəsinə götürdü.

 Geri dönərkən Neftçala şəhər Bankə qəsəbəsinin özəy sədri Abbasov  Arifin silah yoldaşı Şəhid  Novruzov Emin Akif oğlunun da “Şəhid Bulaq Kompleksini ”ziyarət etdik.

Şəhid Fətullayev Rafail Rüfət oğlu 22 mart 2003-cü il tarixində Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdur. 2009-2020-ci illərdə Neftçala rayon Ə.Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbdə təhsil almışdır.

2022-ci il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında  Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Törədilən təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Fətullayev Rafail Rüfət oğlu Kəlbəcər rayonu Alagöllər ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Fətullayev Rafail Rüfət oğlu 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Şəhid Səlimov Asif Səlim oğlu 30.06.1964 – çü ildə Neftçala rayonu II – mayaq kəndində anadan olmuşdur.

Şəhid Səlimov Asif Səlim oğlu Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü qarşısın almaq məqsədi ilə 1993 – çü ildə 190 saylı Azərbaycan silahlı qüvvələri hərbi hisəinə könülü olaraq qatıldı.

 

Şəhid Səlimov Asif Səlim oğlu 15.01.1994 – çü il tarixdə Ağdan rayonu ətrafında gedən döyüş əməliyyatlarında qəhramanlıq səlnaməsi yazaraq şəhid olmuşdur.

Şəhid Səlimov Asif Səlim oğlunun məzarı 15.01.1994 – çü ildə Neftçala şəhər qəbristanlığında torpaşa tapşırılıb.

 Şəhid Emin Akif oğlu Novruzov 01.06.1975-ci ildə Neftçala rayonunun Oryad (indiki Kürkənd) kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirərək, təhsilini davam etmək üçün Bakı şəhərinə gəlir. Bakı Dənizçilik məktəbinə şöbəsinə qəbul olunur. Eyni zamanda balıqçılıq kolxozunda işləyir. Ailədə üç qardaş, iki bacı olublar. Atası Akif kişi sürücü işləyib, anası Pakızə xanım isə evdar qadın olub.

1993-cü ildə Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. 776-saylı xüsusi təyinatlı kəşfiyyat taborunda xidmət edib. Vətəni canından əziz tutan bu gənc əsgər hərbi xidmətini şərəflə yerinə yetirib.  Onun cəsurluğu, qorxmazlığı komandir heyətinin nəzırindən yayınmayıb. 1994-cü ilin yanvar ayından Ağdərə-Tərtər istiqamətində gedən qanlı döyüşlərdə dəfələrlə düşmən arxasına keçərək döyüş tapşırıqlarını yerinə yetirib. 1994-cü il aprel ayının 25-də Ağdərə rayonunun Qırmızı kənd istiqamətində gedən ağır döyüşdə Emin ağır yaralanır. Onu əsgər yoldaşları çətinliklə də olsa döyüş meydanından çıxardıb hospitala göndərirlər. Mərkəzi Hərbi Hospitalda 18 gün qalsa da, may ayının 13-də şəhadətə qovuşur.

Şəhid Emin Akif oğlu Novruzovun məzarı Neftçala rayonunun Pirətavan qəbirstanlığında dəfn olunub.

 AVMVİB Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: