27.07.2024

AVMVİB Neftçala rayon şöbəsi birgə tədbir keçirdi

29.12.2023-cü il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçal şöbəsi Bankə qəsəbəsi 2-№ tam orta məktəbdə Şəhid, Qazi ataları və Qazilərlə “AVMVİB-nin Neftçala rayonu üzrə yeni üzv qəbulu və təşkilatın xüsusi medalları ilə təltif edilməsi” haqqında tədbir keçirmişdir. Tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
AVMVİB-nin Nefrçala rayon şöbəsi sədri Mübariz Hüseyinov təşkilat üzvülərini, qarşıdan gələn “31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü” münasibəti ilə AVMVİB-nin Sədri Fizulu Rzaquliyevin adından həmcini öz adından təbrik etmişdir.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması barəsində AVMVİB-nin Nefrçala rayon şöbəsi sədri Mübariz Hüseyinov bunları dedi:
“Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə — müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Həmrəylik bayramı ilk növbədə Azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.
Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.”
Tədbirdə AVMVİB-nin Neftçala rayonu üzrə yeni üzv qəbul edilənlərə təşkilatın döş nişanı və vəsiqəsi təqdim olundu. AVMVİB-nin Neftçala rayonu üzvülərinin bəzilərinə təşkilatın tələblərini vaxtında və qüsursuz yerinə yetirdikləri üçün təşkilatın xüsusi medalları ilə təltif edildilər.
Sonda təşkilat üzvüləri şəhidlər kompileksiniz ziyarət edim xatirə şəkiləri cəkilir.

AVMVİB Neftçala rayon şöbəsi

Whats-App-Image-2023-12-30-at-23-17-45-3 Whats-App-Image-2023-12-30-at-23-17-45-4 Whats-App-Image-2023-12-30-at-23-17-45-5

Whats-App-Image-2023-12-30-at-23-17-40-1 Whats-App-Image-2023-12-30-at-23-17-40-2 Whats-App-Image-2023-12-30-at-23-17-43

Whats-App-Image-2023-12-30-at-23-17-43-1 Whats-App-Image-2023-12-30-at-23-17-44 Whats-App-Image-2023-12-30-at-23-17-44-1

Whats-App-Image-2023-12-30-at-23-17-44-2 Whats-App-Image-2023-12-30-at-23-17-44-3 Whats-App-Image-2023-12-30-at-23-17-45-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: