27.07.2024

Rusiya Azərbaycanlılarının FƏDAİLƏR Yardım Qrupundan növbəti örnək addım

Artıq ənənə halını almış bu aksiya cari ildə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində də baş tutdu. Həmişə olduğu kimi, bu il də Rusiya Federasiyasında yaşayan və fəaliyyət göstərən soydaşlarımızın birləşdiyi və xeyriyyə işlərlə adı dillər dastanı olmuş FƏDAİLƏR Yardım Qrupundan gələn sovqat ünvanlarına çatdırıldı.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Rusiya Federasiyası FƏDAİLƏR Yardım Qrupun rəhbəri doktor Cavid Nəzərova və qrupun hər bir üzvünə təşəkkürünü bildirmiş, artıq silsilə xarakter daşıyan belə nümunəvi addımlarla ehtiyacı olan şəhid ailələrinin, müharibə veteranlarının qəlbində taxt qurduqlarını ifadə etmişdir.

AVMVİB Yevlax şəhər şöbəsinin sədri Şahin Məmmədovun koordinatorluğu ilə Rusiya Federasiyası FƏDAİLƏR Yardım Qrupu tərəfindən həyata keçirilən yardım aksiyası çərçivəsində onlarla ailə bayarm sevincini yaşamışdır.

Fürsətdən istifadə edib Rusiya Federasiyasının Norilsk şəhərində fəaliyyət göstərən Rusiya Federasiyası FƏDAİLƏR Yardım Qrupunun üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Uca ALLAHDAN xeyirxah və saleh əməl sahibi olanlara dualarımızı əsirgəməyək!

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: