27.07.2024

«Heydər Əliyev İli» çərçivəsində 84 nömrəli Kəlbəcər rayon tam orta məktəb tədbirə imza atdı

«Heydər Əliyev İli» çərçivəsində Sabunçu rayon Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş məktəbin inzibati binasında, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-illiyi ilə əlaqədar 84 nömrəli Kəlbəcər rayon tam orta məktəbin təşəbbüsü və təşkilatçılığı ilə «Heydər Əliyev və Müasir Azərbaycan» adlı tədbir keçrilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, millət vəkli Aqil Məmmədov, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü Şahlar Əsgərov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məsləhətçisi Cəmilə Mirzəyeva, 84 nömrəli Kəlbəcər rayon orta məktəbin direktoru Həqiqət Məmişova, Mərkəzi İcra Hakimiyyəti orqanlarında çalışan Kəlbəcərli gənclər, müəllimlər, Qazilər, Veteranlar, ali məktəb tələbələri iştirak ediblər.

İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Daha sonra Ulu Öndərin həyət və yaradıcılığından bəhs edən videoçarxa baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan 84 saylı Kəlbəcər rayon tam orta məktəbin direktor Həqiqət Məmişova tədbirdə iştirak edən qonaqları salamlayaraq, Ulu Öndərin yaşadığı mənalı ömür yolundan söhbət açıb. Tədbirdə çıxış edən Millət vəkli Aqil Məmmədov, YAP Veteranlar şurasının üzvü Şahlar Əsgərov və digər natiqlər Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş Ulu öndər Heydər Əliyevin ömür yolundan, müstəsna xidmətlərindən və eyni zamanda Cənab prezident İlham Əliyevin 20 illik fəaliyyəti dönəmindən, Ulu öndərin siyasətini uğurla davam etdirməsindən, Azərbaycanın son zamanlar əldə etdiyi uğurlardan ətraflı söhbət açdılar. Tədbirin sonunda məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: