21.11.2024

AVMVİB Fələstin-İsrail qarşıdurması  ilə bağlı bəyanat yaydı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Fələstin-İsrail qarşıdurması  ilə bağlı bəyanat yaymışdır.

Veteran.az xəbər verir ki, bəyantda deyilir: «Biz mülki İsrail vətəndaşlarının ölümünə səbəb olan son terror aktlarını qətiyyətlə pisləyirik. Terrorçuluğa heç bir halda haqq qazandırmaq olmaz. Müharibənin bir də insanlıq tərəfi var. Heç bir halda yol vermək olmaz ki, müharibələr zamanı sivil insanlar, uşaqlar, yaşlılar, qadınlar hədəfə çevrilsinlər. Yeri gəlmişkən, bunu həm də beynəlxalq konvensiyalar qadağan edir. 1949-cu ildə qəbul edilən Cenevrə konvensiyalarında və sonradan bu sənədlərə əlavə olunan protokollarda döyüşlərdə əsir düşən, yaralanan hərbçilərlə, eləcə də mülki şəxslərlə rəftarla, onların qorunması ilə bağlı konkret müddəalar yer alıb.

Biz Vətən müharibə veteranları olaraq, mülki İsrail vətəndaşlarının ölümünə səbəb olan terror aktlarını da qətiyyətlə pisləyirik. Terrorçuluğa heç bir halda haqq qazandırmaq olmaz. Azərbaycan xalqı tarix boyu terrordan əziyyət çəkmişdir və bizim millət terrorun nə olduğunu gözəl bilir. Erməni şovinzmin, milli ayrıseçkiliyin, 31 mart soyqırımının, Xocalı soyqırımının, həmçinin dünyanın müxtəlif yerlərində erməni terror təşkilatlarının həyata keçirdiyi teraktlar insanlığıa və bəşəriyyətə qarşı cinayətdir. Buna görə də, mənşəyindən və formasından asılı olmayaraq biz, terrorun istənilən təzahürünə qarşıyıq.

Müharibə veteranları Vətənimiz Azərbaycanın taleyüklü günlərində xalqımızın ədalətli mövqeyini müdafiə edən, ona siyasi, mənəvi dəstək verən heç bir dostunu, o cümlədən İsraili unutmur.

İsraildə və Qəzza zolağında həlak olanlara Tanrıdan rəhmət diləriyir, yarlılara şəfa arzu edirik.

Dünyada terrora birdəfəlik son qoyulacağına əminik.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: