ATƏT PA Rusiyanı terrorizmin sponsoru kimi tanıdı
ATƏT Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb.
Bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk feysbuk hesabında yazıb.
O bildirib ki, ATƏT PA “Vaqner” Xüsusi Hərbi Şirkətini isə terror təşkilatı kimi tanıyıb:
“Rusiya hökuməti adından “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərəkətləri haqlı olaraq terror təşkilatı kimi səciyyələndirilib. İlk dəfədir ki, belə bir ifadə beynəlxalq təşkilatın rəsmi sənədində öz əksini tapıb”.