21.11.2024

Ukrayna İrana 50 il müddətinə sanksiya tətbiq etdi

Ukrayna Ali Radası İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqini təsdiqləyib.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Sanksiyaların tətbiqi Ali Radada səsə qoyulub və təklifi 328 deputat dəstəkləyib.Sanksiyaların səbəbi İranın Rusiyanı PUA və silahlarla təmin etməsidir.
Sanksiyalar İran mallarının Ukrayna ərazisindən daşınması və İranın bu ölkənin hava məkanından istifadəsini qadağan edir.
Ukraynanın İranla ticarəti də tamamilə dayandırılacaq. Habelə rəsmi Kiyev Ukrayna vətəndaşlarının İrana investisiya yatırmasını qadağan edib.
Ukrayna Mərkəzi Bankına da İranla əməkdaşlıq qadağan edilib.
Ali Radanın bəyanatında qeyd edilib:
“Ukraynanın İrana qarşı sanksiyalarını ehtiva edən bu qanun layihəsi bütün sivil dünyanın İranın tam təcrid olunması istiqmətindəki hərəkətləri ilə kordinasiya təşkil edir».
Qeyd edək ki, mayın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: