21.11.2024

Şərəfli və mənalı zabit ömrü: Eldar Həsənov- 76

İstefada olan polkovnik- leytenat   Həsənov Eldar Valeh oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifələri,doğmaları ,iş və döyüşcü yoldaşları səmimi-qəlbdən təbrik  edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzulayırlar.

       Arzu ediriki, Eldar Həsənovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

      Müharibə və Silahlı Qüvvələr Veteranı istefada olan polkovnik-leytenant  Həsənov Eldar Valeh  oğlu   1947-ci ilin aprel ayının 20 də Kəlbəcər rayonun  Seyidlər kəndində zəhmətkeş ailədə anadan olub.

    Eldar Həsənov 1966 — ci ildə Kəlbəcər rayonun Seyidlər kənd orta məktəbin 8 -ci sinifini, 1968- ci ildə Kəlbəcər rayonun  Qılınclı kənd orta məktəbin  10 — cu sinifini,1972- ci ildə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunların  Vladiqafqaz (kecmiş Orconikidze)  Ali Komandirlər  Məktəbini,1979 — ci ildə isə SSRİ Din-in Daxili Qoşunların Daşkənd şəhərində yerləşən ali hərbi məktəbində zabitlərin ixtisas artırma kursnu bitrib.

  Polkovnik -leytenat Eldar Həsənov 1968- 1970 -ci ilərdə  SSRİ Din-in  Daxili Qoşunların Moskva şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

  O,1972 — 1991-ci illərdə SSRİ  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Arxangelsk vilayətində  Kiyev şəhərində yerləşən  hərbi hissələrində  taqım komandiri, bölük komandirinin müavini, böluk komandiri,  tabor qərargahının rəisi və tabor komandiri  vəzifəsində olub.

  Eldar Həsənov 1992 -1994 -cü illərdə  Azərbaycan ordusunun tərkibində  Kəlbəcər  özünü müdafə  taborun komandiri və   Azərbaycan ordusunun  döyüş bölgələrində yerləşən hərbi hissənin qərargah rəisi vəzifəsində calışmışdır.

 O,1994-1995- ci illərdə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi rayonunda  yerləşən hərbi hissəində hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri əvəzi,  Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı idarəsində isə baş zabit vəzifələrində xidmət edib.

       İstefada olan polkovnik- leytenant  Həsənov Eldar Valeh oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrinin  tələblərinə və vəzifə borcuna əməl etməkdə   tabeliyindəkilər  və veteranlar üçün nümunə olmuşdur.

    Silahlı qüvvələr və müharibə  veteranı istefada olan polkovnik- leytenant Eldar Həsənov ömrünün ən məhsuldar dövrünün 28- ildən cox şərəfli xidmət yolunu  hərbi xidmətdə kecirərək, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     O,Azərbaycan ordusunda və  Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ona   həvalə edilmiş vəzifələrin və tapşırıqları layqınca yernə yetirmişdir. Cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində,şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş   əməliyyatlar zamanı üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

      Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik- leytenant  Həsənov Eldar Valeh  oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət edərkən, Daxili Qoşunların Bas İdarəsində Zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir hazırlığı məşğələlərin, hərbi hissə komandiri və onların müavinləri ilə hərbi hissələrin döyüş hazırlığı bölmələrinin rəisləri və zabitləri ilə, hərbi hissələrin idman və fiziki hazırlıq rəisləri ilə, böluk komandirləri ilə ilkin leytenant rütbəsi almış gənc zabitlərlə və hərbi hissələrin tədris  mərkəzinin (poliqon) rəisləri ilə metodiki təlim- toplanışlarının və nümnəvi məşğələlərin keçirilməsində üzərinə düşən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     Həsənov Eldar Valeh oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində, xidmətdə fəriqləndiyinə görə O, SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirin  və onun müavinlərinin, Daxili Qoşunların komandanın və onun  müavinlərinin hərbi təhsil aldığı  məktəblərin rəislərinin,xidmət etdiyi Diviziyanın və hərbi hissənin komdirlərinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə döş və yubiley nisanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif olunub:

1. “Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2.”Qusursuz xudmətlərə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvəllərdə 20 təqvim il xidmətə görə;

 3.” Qusursuz xidmətə görə”  2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim  il xidmətə görə;

4.”Qusursuz xidmətlərə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim il xidmətə görə;

 5.  SSRİ Silahlı Qüvvələrinin yaranmasının  70 illiyi( 1918-1988)” yubiley medalı ilə.

 Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları  yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərancamı ilə  “Hərbi xidmətlərə görə” medalı ilə təltif edlib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

ELDAR  BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: