27.07.2024

AVMVİB sədri F.Rzaquliyev: «Artıq İrəvanı götürmək lazımdır»

Baş verən hadisə bizi həm kədərləndirdi, həm də hiddətləndirdi. Ona görə kədərləndirdi ki, əsgərimizə yenə namərdcəsinə atəş açıldı, yenə şəhidlər verdik. Ona görə hiddətləndik ki, artıq kifayətdir. Ermənilərin burnu mütləq ovulamlıdır. Bu namərd şərəfsizlərin başı Qüdrətli Ordumuz tərəfindən birdəfəlik əzilməlidir və biz bu dəfə artıq İrəvanı götürməli, tarixi torpaqlarımıza əbədi qayıtmalıyıq.

Bizim mövqeyimiz budur ki, Laçın dəhlizi bağlanmalı, Rusiya şərməramlıları isə təyinatlarına uyğun fəaliyyət göstərmədikləri üçün dərhal torpaqlarımızı tərk etməlidir. Onlar sülhün yox, şərin təminatçısı rolunda çıxış edirlər və bir az da bu şər qüvvələr orada qalsalar daha da fəlakətə səbəb olacaqlar. Baş verən bu hadisə faktiki olaraq başqa bir dövlət tərəfindən sərhədlərimizin pozulması kimi qiymətləndirilməlidir.

İran faktorunu da nəzərdən qaçırmaq olmaz. «Caliber» tərəfindən yayılan təsvirlərdən aydın görünür ki, erməni tərəfi artıq İran dronlarından istifadə edir. Bu isə onu deməyə əsas verir ki, rus şərməramlıların köməyi ilə ermənilər İran dronları ilə silahlandırılıb. Birmənalı olaraq hamımıza aydın olmalıdır ki, İran istənilən formada ermənilərə bütün yardımları edib və indi də bunu etməkdədir. Biz bunu həm 30 illik müharibə şəraitində, həm də 44 günlük müharibə dövründə tam şəkildə müşahidə etdik. Bu hadisələr bir daha onu göstərdi ki, ən yaxşı erməni ölü ermənidir. Rusun sözünə, ermənin sədaqətinə, farsın ibadətinə heç vaxt inanmaq olmaz.

Gənc əsgərlərimizin döyüşə qatılmasının əleyhinə olduğum üçün könüllülük prinsipi əsasında təcrübəli və peşəkar veteranların ikinci «Dəmir yumruq» əməliyyatlarına cəlb edilməsi prosesinə hər zaman hazırıq və Ali Baş Komandanın əmrinə müntəzirik.

Allah şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Şəhidlərimizin yaxınlarına səbr diləyir və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən dərin hüznlə başsağlığı verirəm.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: