AVMVİB Nəsimi rayon şöbəsində

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun verdiyi məlumata görə, Nəsimi rayon şöbəsinin üzvü, II qrup müharibə əlili Qalib Yolçu oğlu Cəfərov və müharibə veteranı Namiq Mirzəağa oğlu Həşimoov təşkilatın təsis etdiyi Xatirə medallarıyla təltif olunub.
Xatirə medalını təqdim edən AVMVİB Nəsimi rayon şöbəsinin sədri E. Hüseynov, veteranları təbrik etməklə yanaşı, torpaqlarımızın düşməndən azad edəcəyimizlə bağlı zəfər müjdəli mükafatlar və günlər arzulayıb.
Həmçinin, müharibə veteranı Namiq Həşimovu ad günü münasibətiylə veteranlar adından təbrik edərək, uzun ömür, can sağlığı və zəfər müjdəli günlər arzulayıb.
Təbrik edirik!
Nurlan Məmmədli

