08.09.2024

Paşinyan “Rus NATO-su” yerinə, Türkiyə ordusunu seçdi

Əgər Rusiya Ermənistanı cəzalandırmaq istəsə, bunun dəyəri çox yüksək olacaq.

“Nikol Paşinyan yenə sübut etdi ki, türkyönlü siyasət aparır. Paşinyan hər şeyi istifadə edir ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırsın. Bunun üçün isə Qarabağdan da imtinaya hazırdır” – deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistan son illər Rusiyanın verdiyi bütün dəstəkdən imtina edib ki, bunun da nəticəsində Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesi aparılır:

“Bu mənada Rusiyada Ermənistana qarşı münasibət neqativdir, amma düşmən xarakteri daşımır. Lakin onu da söyləyə bilərəm ki, Rusiyanın analitik dairələrində artıq heç kimi Ermənistan maraqlandırmır. Düzdür biz KTMT-dən dəstək ala bilərik, amma Paşinyanın KTMT təlimindən necə imtina etdiyini görmüşük. Bu isə o deməkdir ki, birincisi KTMT çox gecikir, ikincisi isə Paşinyanın KTMT-dən Türkiyəyə mübarizədə yardım almaqdan maraqlı deyil. Paşinyan KTMT-dən çox, Türkiyənin özünün dəstəyində maraqlıdır. Bu reallıqdır və biz onunla barışmalıyıq”

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: