22.12.2024

Təbrik: Əlinamə Əsədov-42

İnsan ücün həyatda ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşın üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də   Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Əsədov Əlinamə Şakir oğludur. Yanvar ayının 7 də  onun 42 yaşı tamam olur.

      Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin rəhbərliyi,daimi həyatın   bütün  cətinluiklərindən  alnıacıq  və üzüağ  cıxan,Vətən    müharibəsi iştirakcısı  ehtiyatda olan polkovnik- leytenant  Əsədov Əlinamə Şakir oğlunu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edrik  ki, Əlnamə Əsədovun, yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

 Müharibə  Veteranı  ehtiyatda olan polkovnik leytenant   Əsədov Əlinamə Şakir  oğlu  7  fevral   1981-cı ildə  Saatli rayonunun Əliabad kəndində    zəh mətkeş ailədə anadan olub.

    O,1987 -ci ildə Saatlı rayonunun Məmmədabad kənd orta məktəbini,  2001-cü ildə  Azərbaycan Dövlət Texniki Universitetini ,2005-ci ildə  Daxili Qoşunların təlim- tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu,2016-cı ildə Türkiyə respublikasının İzmir şəhərində  Ali hərbi komandirlər məktəbində maddi -texniki təminat xidmələrinin ixtisas  artırma kursunu bitirib. O,Daxili Qoşunlarlarda xidmət etdiyi illər ərzində Qoşunların Baş İdarəsində və Hərbi  hissələrində kecirlən  bir çox təlim-metodiki    toplanışlarda, xüsusi taktiki təlimlərdə,  komanda-  qərargah məşqlərində, treniqlərdə,seminar və konfranslarda fəal iştirak edib.

    Əlinamə Əsədov  2001- 2022-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin   Binəqədi,Zaqatala və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və ali hərbi məktəbində əsgər,kərgüzar- makinacı, taqım komandiri,böluk komandirinin texniki  hissə üzrə müavini,böluk komandiri,avtomobil və zirehli texnika xidmət rəisi,hərbi hissə komandirinin maddi  texniki təminat xidmətləriüzrə müavini,Daxili Qoşunların maddi- texniki təminat  idarəsinin avtomobil və zidehli texnika şöbəsində baş zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa  sədaqətlə xidmət etmişdir.

O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.

    Azərbaycan Respublikasında ictimai  qaydanın və ictimai təhlükəsizliyin qorunmasında ,şəhərdə və yaşayış məntəqələrində və cəzaçəkmə məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     O,  Daxili Qoşunlarda xidməti etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş  və qayğıkeş zabit kimi göstərmişdir.Əlinamə Əsədov istər  anadan olduğu və yaşadığı ərazidə, təhsil aldığı orta və ali təhsil müəsələrində, zabitlərin təhkimləşdirmə kursunda, istərsə də xidmət etdiyi və işlədiyi  mühütdə,  dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Əlinamə Əsədov 44 günluk vətən müharibəsi zamanı Füzuli,Xocavənt və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında  və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri “Əla Xidmətlərə Görə döş və yubiley nişanları ilə,təltif olunub,ona,vaxtından əvvəl “kapitan” hərbi rütbəsi verlib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medalarla təltif edilib:

  1.”Hərbi xidmətdə fəriqləndiyinə görə” 2 və 3 dərəcəli medaları ilə;  

 2.”Qüsursuz xidmətlərə görə” 1-ci,  2-ci və 3-cü dərəcəli medalları ilə;

  3.»Silahlı Qüvvələrin yaranmasının» 10-iliyi,90-ill iyi  və 95-iliyi yubiley medaları ilə;

  4.”Vətən müharibəsi iştirakcısı”medalı ilə.

     Azərbaycan Respublikasının Prezidentinin  10 mart 2017 -cü il tarixli sərəncamına əsasən Polkovnik leytenat Əsədov Əlnnamə Şakir oğlu Daxili İşlər Nazirliyi Daxil Qoşunlarının

yaranmasının 25-ci ildönümü ilə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə görə, döyüş zamanı igidlik göstərdiyinə görə, öz xidməti vəzifələrini  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «Hərbi xidmətlərə görə”  medalı ilə təltif  edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

ƏLİNAMƏ !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyi  sədirinin  hüquq     məsələləri üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: