21.11.2024

Şərəflə yaşanan ömür yolu: Zaur Hüseynov — 53

İnsan üçün ən yaddaqalan günlərin başlacası onun həyata gəldiyi gündür. Ömrə bəzək ad günü  günü hər il xüsusi qeyd olunur.Belə bir insanlardan  birdə Daxili Qoşunlarda öz dəsti- xətti olan, peşəkarlığı,hümanistliyi, sadəliyi,səmimiyyəti,dəqiqliyi,təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyətləri ilə  secilən ömürünün ən məhsuladar dövrünün 25 -ildən cox   şərəfli xidmət yolunu Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda keçirən ehtiyatda olan mayor Zaur Hüseynovdur. Fevral ayının 6 -da onun 53 yaşı tamam olur. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyatda olan  mayor Hüseynov Zaur Müzəffər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,  ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.Arzu edirik, qoy Zaur Hüseynovun  yaşının üstə gələn bu yaş ona sevinc   dolu günlər bəxş etsin.

Mayor Hüseynov Zaur Müzəffər oğlu 1970-ci ilin fevral ayının 6 -da Gəncə  şəhərində ziyalı ailəsində anadan olub. Silahlı Qüvvələr və müharibə veteranı ehtiyatda olan mayor Hüseynov Zaur Müzəffər oğlu 1987-ci ildə Samux rayonu Alıuşağı kənd orta məktəbini, 1992-ci ildə  Azərbaycan Texniki  Universitetini, 1997 -ci  Müdafiə Nazirliyinin   Qaraheybətdə yerləşən təlim- tədris mərkəzində Zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində,Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox  təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, komanda- qərargah məşqlərində,treniklərdə, seminar və konfranslarda  fəal iştirak edib. Zaur,1992- 1993-cü illərdə könüllü olaraq  DİN-in tərkibində yaradılmış əlahiddə polis bölüyündə zabit kimi xidmət etmiş, həmin bölüyün tərkibində 1993- cü ilin mart ayında Kəlbəcər rayonunda əhalinin təhlükəsizliyinin təmin olunmasında,  1993-cü ilin iyun-iyul aylarında Ağdam rayonunun Qiyaslı kəndində döyüşlərdə  fəal iştirak etmişdir.    İstefada olan mayor Zaur Hüseynov 1994- cü ilin yanvar ayından-2019  — cu ilin dekabr ayına kimi Daxili Qoşunların Naxçıvan, Çəncə şəhərlərində, Lənkaran, Hacıqabul və Quba rayonarında yerləşən   hərbi hissələrində, böluk komandirinin müavini, bölük komandiri,  xidmət rəisi vəzifələrində  Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

 Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti nizamnamələrinin və digər hüquqi – normativ aktların tələblərinin, eləcə də vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

O,Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, Qusar rayonu ərazisində qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar zamanı hüquqi rejimin təmin olunmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Azərbaycanın  ərazi bütövlüyü uğrunda üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən ləyaqətlə gəlmişdir.     

Ehtiyatda olan  may or Zaur Hüseyno xidməti vəzifə borclarının yerinə yetirilməsində xüsusi fəriqləndiyinə  və nümnəvi xidmətlərinə görə, Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanının və  onun müavinlərinin,hərbi hissə komandirnin, MN-nin  təlim və  tədris mərkəz rəisinin müvafiq  əmrləri ilə “Əla Xidmətlərə Görə” döş və yubley nişanları ilə təltif olunub,  bir cox fəxri fərmanlarla,qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşək kur elan edilib,Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medalarla təltif edlib:    1.” Silahlı Qüvvələr Veteranı” medalı ilə;

2.“Qüsursuz xidmətlərə görə”  1-ci, 2-ci və 3-cü dərəcəli medalarla;

 3.“Silahlı Qüvvələrin yaranmasının” 10 illiyi, 90 illiyi və 95 illiyi yubiley medalarl ilə.

DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN. ZAUR.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN  ARZULARIN  ÇİN OLSUN!

 HƏMİŞƏ  ÜZÜN GÜLSÜN, ÜRƏYİN  SEVİNSİN!

DAİMA  XOŞBƏXT  YAŞA, ÖMRÜN  UZUN  OLSUN!

Dərin hörmətlə:

Azərbaycan Vətən müharibəsi

Veteranları İctimai Birliyi   sədrinin hüquqi işlər üzrə müavini  Salman Musayev.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: