Göygöl veteranlar 20 Yanvar şəhidlərini andılar
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun verdiyi məlumata görə, rayon veteranları izdihamlı bir axınla Şəhidlər Xiyabanına gedərək şəhid məzarlarını yad etmişlər. Müharibə veteranları şəhid məzarlarına tər qərənfillər düzüb ,onların ruhuna dualar oxuyublar.
Allah şəhidlərimizə rəhmət eləsin!