21.11.2024

I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyənləşdirilən 16,7 minədək şəxsə birdəfəlik ödəmə verilib

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Fedai.az-a bildirilib ki, bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib.

Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.

Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.(AZƏRTAC)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: