AVMVİB Rəhbərliyi layihə çərçivəsində Qusar veteranları ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihə çərçivəsində AVMVİB, rayon şöbələri ilə birlikdə keçirdikləri tədbirləri davam etdirib. Bu dəfə təşkilat rəhbərliyi Qusar rayonunda veteranlar ilə görüşüblər.
Layihə rəhbəri AVMVİB sədrinin müavini Vahid Abdürəhmanovun rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində rayon veteranlarını maraqlandıran suallara cavablar verilib və qaldırılan problemlər aidiyyatları üzrə qruplaşdırılıb.
Görüşdə AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB şöbə müdiri Akif Abbasov, AVMVİB Qusar rayon şöbəsinin sədri Qumral Lçınov, Qusar rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.
Tədbirdə çıxış edən AVMVİB sədrinin müavini, «Müharibə veteranlarına hüquqi yardım» adlı layihənin rəhbəri Vahid Abdürəhmanov çıxış edərək, bu layihənin bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı: «Artıq bu layihələri bir neçə rayonda uğurla həyata keçirmişik. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi. Müharibə əlilləri, şəhid ailələri və müharibə veteranlarının dövlət, xalq qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyadan olan vətəndaşlara cəmiyyətdə daim diqqət və qayğı göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə ilə əhatə edilib. Lakin hələ də problemlər mövcuddur və biz bu problemləri qruplaşdırdıqda onlarla döyüşçünün müəyyən səbəblərdən öz statuslarəını ala bilməıdiklərini gördük. Onlarla veterana bu sahədə, məhz bu layihə çərçivəsində yardım edə bildik. Onlar 25-26 ildən sonra öz statuslarını ala bildilər.»
Çıxış edənlər bu tip layihələrin həyata keçiruilməsinin vacibliyindən danışdılar. AVMVİB Qusar rayon şöbəsinin sədri Qumral Laçınov bildirdi ki, veteran problemlərinin həllinə rayon rəhbərliyi daim diqqətlə yanaşır. Belə layihələrin bizim rayonda həyata keçirilməsi də müharibə veteranları tərəfindən rəğbətlə qarşılanır və bu işi davam etdirmək vacibdir.
Qusar veteranlarını maraqlandıran suallar və problemlər dinlənildi. Hüquqi yardım üçün aidiyyatlı orqanlara müraciət ediləcək.
AVMVİB, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihəsini davam etdirəcək.
Tədbirin sonunda AVMVİB Qusar rayon şöbəsinin üzvləri təltif edildilər.
Rauf Hüseynov