İstanbulda terror törədən qadın ələ keçirildi
Xəbər verildiyi kimi, ötən gün Türkiyənin İstanbul şəhərində terror aktı törədən qadın saxlanılıb.
Onun saxlanılmasını əks etdirən əməliyyat görüntüləri yayılıb.
Kadrlardan məlum olur ki, qadın partlayışdan sonra hadisə yerindən qaçaraq, mənzillərdən birində gizlənib.
Terrorda şübhəli bilinən qadının kimliyi və digər detallar hələlik açıqlanmayıb. Partlayışın Suriyadakı kürd qruplaşmaları tərəfindən törədilməsi ehtimal olunur.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində törədilən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: