23.10.2024

Azərbaycanın kişi paralimpiyaçı cüdoçulardan ibarət yığması dünya çempionu olub

Azərbaycanın kişi paralimpiyaçı cüdoçulardan ibarət yığması Bakıda təşkil olunan dünya çempionatının qızıl medalını qazanıb.

Milli komandamız finalda Türkiyə yığması üz-üzə gəlib.

Azərbaycan seçməsinin heyətində Namiq Abaslı (J2, 73 kq), Zakir Mislimov (J1, 90 kq), Hüseyn Rəhimli (J2, 90 kq) və İlham Zəkiyev (J1, +90 kq) rəqiblərinə qalib gəlib, İsmayıl Muradov (J1, 73 kq) və Kənan Abdullaxanlı (J2, +90 kq) isə məğlub olublar.

Beləliklə, millimiz görüşü 4:2 hesablı qələbə ilə başa vuraraq dünya çempionu olub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: