21.11.2024

AVMVİB Neftcala rayon şöbəsinin üzvləri Zəfər Gününü qeyd ediblər

8 Noyabr 2022-ci il tarixində AVMVİB Neftcala rayon şöbəsinin üzvləri Zəfər Gününü qeyd etdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftcala rayon Bankə qəsəbəsinin veteranları Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovla birgə Zəfər Gününü qeyd etməzdən öncə Çəhid Hatiq İltifat oğlu Məmədovun 2-ci ildönümü mərasimində iştirak etdilər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri Mübariz Hüseynov məlumat verib.

Mübariz Hüseynov bildirib ki, daha sonra müharibə veteranları ilə birgə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovlun dəvətiylə Neftcala rayonunda keçirilən 8 Noyabr — Zəfər Günü tədbirində olduq. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon Bankə qəsəbəsi Özək sədri və qaziləri, rayon ictimaiyyəti, gənclər, şəhid anaları iştirak etdilər.

Tədbir Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirildi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon Bankə qəsəbəsi Özək sədri M. Hüseynov Neftcala veteranları adından Füzuli Rzaquliyev başda olmaqla Birlik üzvlərini və Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edir!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: