Türkiyənin vitse-prezidenti Azərbaycandadır
Türkiyənin vitse-prezidenti Fuad Oktay Azərbaycana gəlib.
Bu barədə o, “Twitter“ hesabında paylaşım edib.
“Türkiyə və Azərbaycanın Birgə Hökumət İqtisadi Komissiyasının 10-cu Dövr Toplantısını keçirmək və hər sahədə əlaqələrimizi gücləndirmək üçün Azərbaycandayıq”, — Fuad Oktay sosial şəbəkə hesabında qeyd edib.