27.07.2024

Ukraynada «Türkiyə-İran savaşı başlayır» — Rəsmən açıqladılar

“Bayraktar TB2” və “Akıncı” zərbə PUA-ları yeni raketlərə təchiz ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar açıqlama verilib. O bildirib ki, raketlər İranın “Shahed” kamikadze-dronları ilə mübarizə üçün nəzərdə tutulub. Məlumata görə, raketlər hava-hava tiplidir. Haluk Bayraktarın sözlərinə görə, şirkət raketlərin testinə artıq başlayıb.

Qeyd edək ki, ekspertlər “Baykar” şirkətinin bu həmləsini “Ukraynada Türkiyə-İran savaşı” kimi şərh ediblər. Bildirilir ki, İran Rusiyaya minlərlə dron satıb.

Türkiyə isə Ukraynanı PUA-larla təchiz edir. Qeyd edilir ki, İranın PUA-larına qarşı Ukraynada müdafiə sistemləri olsa da, onlar dron hücumlarının hamısının qarşısını ala bilmir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: