27.07.2024

Masallıda fəxri üzvümüzdən daha bir örnək

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü Vüsal Salayev öz xeyriyyəçi əməlləri ilə tanınır. Şəhid ailələrinə, müharibə veteranlarına etdiyi yardımlar və dəstəklə daim öndə olan soydaşlarımızdandı.


Vüsal Salayevin şəxsi təşəbbüsü ilə Masallı rayonu Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Bayram oğlu Əsgərlinin və digər şəhidlərimizin əziz xatirəsini əks etdirən guşənin qarşısındakı ərazinin asfaltlaşdırılması həyata keçirilib.


Abidəyə gələn yol və meydança asfaltlaşdırılaraq abadlaşdırılıb. Müharibə veteranları adından xeyirxah əməlləri ilə tanınan fəxri üzvümüz Vüsal Salayevə öz minnətdarlığımızı bildiririk.


Samir Əkbərov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati məsələlər üzrə müavini

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: