27.07.2024

AVMVİB Rəhbərliyi Beyləqan rayon şöbəsində olublar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) AVMVİB Beyləqan rayon şöbəsində olublar.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və AVMVİB Xətai rayon şöbəsi sədrinin müavini Əhli Həbiyev şöbənin fəaliyyətiylə maraqlanıblar.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov il ərzində görülmüş işlər barədə məlumat verib.

Daha sonra gün üçün planda olan şəhid Rahil Şəmil oğlu Məmmədlinin Anım tədbirində iştirak edilib. Qəhrəman şəhid Rahil Məmmədli Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhidin yaxınlarına başsağlığı verilib və Allahdan rəhmətlər dilənib.

Allah şəhidlərimizə rəmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: