27.07.2024

AVMVİB Tərtər rayon şöbəsində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi qazini təltif edib.

Tərtər özünü müdafiə taborunun döyüşçüsü, qazi, Azərbaycanın əfsanəvi Milli Qəhrəmanı Vəzir Orucovla döyüş yolu keçmiş Ağdərə uğrunda gedən döyüş əməliyyatlarında 1992-ci il fevral ayında ağır yaralanmış Suliddin Yusibov göstərdiyi xidmətlərə və hər zaman şəhid ailələrinə veteranlara qayğı ilə yanaşmasına cənclərin hərbi vətənpərvərlik tərbiyəsində fəallıq göstərdiyinə görə «Böyük Zəfər» medalı ilə təltifl edilmişdir.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.

Tədbirdə Tərtər rayonunun Qaziləri və müharibə veteranları iştirak ediblər.

Elçin Qədirov
Qarabağ üzrə müxbir

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: