27.07.2024

QHT Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Müharibə Veteranlarına Hüquqi Yardım»la bağlı tədbir

25 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Beyləqanda H.Əliyev Mərkəzində “Müharibə Veteranlarına Hüquqi Yardım” adlı layihə çərçivəsində tədbir keçiriblər.

Tədbir ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başlandı.

Tədbiri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov açdı. Torpaqlarımızın ǝrazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş yoldaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatı məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov layihənin məqsədi barədə geniş və ətraflı məlumat verdi. Layihənin məqsədi və məramı barədə iştirakçıları məlumatlandırdı. Tədbir iştirakçıları onları maraqlandıran suallara verib, cavablarını aldılar.

Tədbirdə AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov və AVMVİB Xətai rayon şöbəsi sədrinin müavini Əhli Həbiyev istirak edirdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov tədbirin sonunda bu görüş üçün yüksək səviyyədə şərait yaratdığı üçün bir daha Beyləqan rayon İcra Hakimiyyəti rəhbərliyinə tədbir iştirakçıları adından minnətdarlığını bildirdi. Həmçinin, Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də müharibə veteranlarının problemlərinin həllinə yönəlmiş bu layihəyə görə də öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: