27.07.2024

ŞƏRƏFLİ ZABİT ÖMRÜ: NATİQ NƏSİBOV — 58

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin Rəhbərliyi ehtiyatda olan mayor Nasibov Natiq Canədin oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır .

   Natiq Nəsibovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

   İkinci qrup müharibə əlili ehtiyatda olan mayor Nəsibov Natiq Canədin oğlu 26 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olub.

    O, 1979-cu ildə orta məktəbin  səkkizinci sinfini, 1983-cü  ildə Energetika texnikomunu, 1988- ci ildə isə SSRI Daxili İslər Nazirliyinin  Daxili Qoşunlarının Saratov şəhərində yerləşən ali hərbi məktəbi bitirib.

    Natiq Nasibov 1988-1991-ci ilərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Doşunlarının Moskva və Novosibirsk şəhərlərində yerləşən hərbi hissələrdə taqım komandiri, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə taqım, bölük və tabor komandiri, 1994-2000 — cü  illərdə isə  Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hərbi  fənlər kafedrasında baş müəllim, Baş Mühafizə Polis İdarəsində isə  tabor komandiri vəzifələrində xidmət edib.

    Ehtiyatda olan mayor Natiq Nasibov Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmiş   və  ağır  yaralanmışdır.

   O, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuş, Vətənə, Dövlətə və Xalqa isə sədaqətlə xidmət etmişdir.

   Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, təşkilatçılıq bacarığı ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, intizamı ilə  nəzakəti və təvəzukarlığı ilə secilən ömrünün ən məhsuldar dövrünün 16 ildən cox şərəfli xidməti yolunu Daxili Qoşunlarda və  Daxili İşlər Orqanlarında  keçirmişdir.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

   Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində,  yüksək  göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

    Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NATİQ BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ, HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMİD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN… BÜTÜN ARZULARININ REALAŞMASI DİLƏYİMLƏ… XOŞBƏXT İLLƏRƏ.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: