21.11.2024

Milli Qəhrəman vəfat etdi

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 72 yaşında vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, o, uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, M.Abdullayev 1992-1993-cü illərdə Goranboyun icra başçısı kimi fəaliyyət göstərib.

O, Birinci Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. 1992-ci ildə Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

AVMVİB Rəhbərliyi, AVMVİB Naftalan və AVMVİB Goranboy rayon şöbəsi rəhbərliyi Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: