27.07.2024

Yardımlı rayonunda yuxarı sinif şagirdləri ilə görüş keçirildi

Yardımlı rayon Mədəniyyət evində gənclərin təhsilə və idmana cəlb edilməsi, zərərli vərdişlərdən uzaq olması, eləcə də layiqli vətəndaş olmaları ilə əlaqədər yuxarı sinif şagirdləri ilə görüş keçirildi.

Gorus DİN cənab Vilayət Eyvazovun göstərişinə əsasən həmdə Polis Akademiyasına qəbulla əlaqədər Polis Akademiyasının müəllimi baş leytenant İsmayil Əmirlnin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə yuxarı sinif şagirdləri müəllimlər,az yaşlılar üzrə inspektor, baş leytenant Tural Quliyev, bu il Akdemiyanı qurtarmış polis əməkdaşları,təhsil şöbəsinin müdiri Kamal Təhməzov, İdman və Gənclər idarəsinin müdiri Şəhriyar Sabiyev, polis veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı şöbəsinin sədri, şəhər 1 saylı tam orta məktəbin valideyinlər komitəsinin sədri Mayilxan Əliyev iştirak etdilər.

Tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik yad edildi, 44 günlük Vətən müharibəsi barədə çıxışlar oldu.

Sonra Polis Akademiyasına qəbulla əlaqədər Akademiyanın müəllimi ətraflı məlumat verdi.

Məktəblilər Akademiyanın müəlliminə qəbulla əlaqədər suallar verdilər.

Sonda Akademiya barədə video çarx nümayiş etdirildi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: