Yasamal veteranları açılışda iştirak ediblər
Respublika Əl oyunları idman Sarayında Arpaçay idman birliyinin təşkilatçılığı ilə Şərq Əlbəyaxa Döyüş Növləri Festivalının təntənəli açılışı keçirildi.
Döyüş növləri klublarının rəhbərləri, adlı-sanlı idmançılar, İdman və Gənclər nazirliyi, Bakı şəhəri idman idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Xətai Rayon şöbəsinin sədri, MM deputatlarının, idmançı və idmansevər ictimayətin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin Qazi və veteranları, rayon şöbənin sədri iştirak edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.
Təntənəli mərasim şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının himni ilə başladı.
Rəsmi hissədən sonra döyüş idman növləri üzrə yarışlar başladı.
Təntənəli hissədən sonra bir sıra rəsmilər, klubların rəhbərliyi, Bakı şəhəri İdman İdarəsinin rəisi, AVMVİB Yasamal şöbəsinin sədri Salman Hüseynov, karate üzrə 4 qat Dünya, 6 qat Avropa çempionu, Karate federasiyasının baş məşqçisi Vətən müharibəsi veteranı, Yasamal şöbəsinin üzvü Həsən Quliyev çıxış etdi.
İdman klubları ilə veteran təşkilatlarının birgə fəaliyyəti istiqamətində görülə bilən işlər barədə rəy mübadiləsi aparıldı.