Şəhidin Anım mərasimi keçirilib
Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin üzvləri Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Almurad Sadatovun Anım mərasimində iştirak ediblər.
Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov məlumat verib.
Mərasimdə ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi Sabunçu rayon şöbəsinin sədri V. Şabanov iştirak ediblər.
Hamlet Gülməmmədov şəhidin valideynlərinə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti adından Fəxri fərman təqdim edib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli