15.10.2024

Neftçalada Milli Qəhrəman Samid İmanovun xatirə ev muzeyinin açılıışı olub

 2016-cı ilin aprel ayının 3-dən 4-nə keçən gecə Ermənistan ordusunun təxribatının qarşısını alarkən baş verən döyüşlər zamanı şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun xatirə ev muzeyinin açılışı olub.

Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.

Həsənəbad qəsəbə parkında yerləşən Milli Qəhrəman mayor Samid İmanovun büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu yad olunub.


İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.

Açılış mərasimində çıxış edən şəhid Samid İmanovun atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, şəhidin həyat yoldaşı Badam İmanova və qardaşı Sadiq İmanov Ordumuzun Aprel döyüşlərindəki qəhrəmanlıqlarından və Samid İmanov haqqında xoş xatirələrini bölüşüblər.

Tədbirdə çıxış edən Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir və bu qələbə eyni zamanda, ordumuzun peşəkarlığının göstəricisidir.

Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərirdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü 44 günlük Vətən Müharibəsi ilə təmin edərək qələbə qazandı.

Tədbir şəhid Milli Qəhrəman mayor Samid İmanovun xatirə ev muzeyinin açılışı və Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: