14.12.2024

Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi təlim keçib

Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyinin  “Açıq Hökumətin Təşviqi“ üzrə  maarifləndirilməsi layihəsi çərçivəsində 07 oktyabr 2022-ci il tarixdə Qusar rayonunun Yasab kəndində «Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda təlim keçirilib.

Təlimdə 21 nəfər iştirak edirdi. Azərbaycan Respublikasının   Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə bu layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadəni nəzərdə tutur.

Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyinin sədri, layihə koordinatoru Fərrux  Əsgərov ilk öncə layihənin Azərbaycan Respublikasının   Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirildiyini bildiridi və layihənin məqsədi barədə ümumi məlumat verdi. Sonra Açıq Hökumət Portalının  əhəmiyyəti, onun vətəndaşların dövlət qurumları ilə qarşılıqlı münasibətlərində yaratdığı geniş imkanlar barədə danışıb. Eyni zamanda Elektron Hökumət portalında qeydiyyat və portaldan istifadə qaydaları barədə təlim iştirakçılarını məlumatlandırdı.

«Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda keçirilən təlimin əsas məqsədi,dövlət siyasətinin prioritetlərindən biri olmuş, bu sahədə mühüm tədbirlər görülən müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə yerli idarəetmədə, xidmət sahələrində, özəl sektorda şəffaflıq tam təmin olunmasına maarifləndirmə yolu ilə dəstək verilməsi haqqında danışıb 

Koordinator Elektron Hökumət portalında vətəndaşlara xidmət göstərən bir sıra qurumlar və onların göstərdiyi elektron xidmətlər barədə hədəf qruplarına geniş məlumat verib. Azərbaycan Respublikası  Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi  Elektron Xidmətlər Reyestri vətəndaşlar üçün yaratdığı rahatlıq, vaxta qənaət və bu kimi digər üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb. 

Təlimçi Nizami Musayev geniş çıxış edərək  Elektron Hökumət portalından istifadə qaydalarını slayd vasitəsi ilə təlimçilərə əyani şəkildə göstərdi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadə edilməsi haqqında  geniş məlumat verdi.20 nəfərdən ibarət icma üzvləri  layihənin davamlı olması üçün  yerlərdə təmənnasız olaraq Elektron Hökumət Portalları haqqında maarifləndirmə işləri aparacaqlarını bildirdilər.

Tədbirdə digər  natiqlərdə çıxış edərək Elektron Hökumət Portalların sosial və iqtisadı əhəmiyyətini yüksək qiymətləndirdilər.  

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: