22.11.2024

Ermənilər Şuşada məscidin açılışını etdilər

Bu gün oktyabrın 14-də Şuşada (IDeA) Ümumerməni fondunun dəstəyi ilə təmirinə 2014-cü ildən başlanmış Yuxarı Gövhər Ağa və ya (CÜMƏ) Məscidinin açılışı olub.


Ermənilər bunu Yuxarı Gövhər xanım məscidi adlandırırlar.


Yazırlar ki, 1864 — 1865 ci illərdə bu məscid erməni Gövhər xanımın vəsaiti ilə tikilib və onun adını daşıyar. Təbii ki, ermənilər yaxın gələcəkdə bu məscidi də fars məscidi kimi qələmə verəcək və erməni-fars dostluğunun singəsi kimi qeyd edəcəklər. Sadəcə onlara bir az vaxt lazımdır.


Azərbaycan mənbələrində isə deyilir ki, Yuхarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həəyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir.

İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Burada Gövhər Ağanın milliyyəti açıqlanmır.


Xatırladaq ki, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan “Yuxarı Gövhər Ağa” məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində Şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilmişdir.


İşğal olunmuş Şuşa şəhərində digər abidələr və dini ibadət ocaqları da eyni aqibətlə üzləşmişdir. Şuşa sanatoriyasının ərazisindəki Rus kilsəsinin kümbəzi dağıdıb yenidən tikərək obrazı dəyişdirilib və Rus kilsəsi yeni uydurma Kanaç jam adlandırılmışdır.


İSMAYIL TANRIVERDİ

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: