21.11.2024

Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra təxminən 700 min insan ölkəni tərk edib.

Bu barədə «Forbes» nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, başqa bir mənbə Rusiyanı tərk edən 600-700 min vətəndaşın 200 mininin Qazaxıstana köç etdiyini bildirib.

Səfərbərlik elan edilməmişdən əvvəl Rusiya ilin əvvəlindən 419 min nəfərin ölkəni tərk etdiyini bildirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: