29.03.2024

Şok açıqlama: “Təsiri ciddi olacaq” – Trampın qorxunc Türkiyə planı

“ABŞ prezidenti ilə birlikdə Türkiyəyə İrandan da güclü sanksiyalar tətbiq etmək üçün çalışırıq”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı konqresmen Qraham Lindsey deyib.

Respublikaçı senator Türkiyənin Suriya əməliyyatları ilə bağlı açıqlama yayıb:

“Türkiyənin suriyalı kürdlərə hücuma görə hesab verəcəyi gün yaxınlaşır. Konqresdə prezidentlə birlikdə İran sanksiyalarından bu yana ən ciddi təsir yaradacaq sanksiyaların tətbiqi üçün çalışırıq.

Türkiyənin Suriyadakı pis macərasının qarşısı alınmasa, bölgədə vəziyyət ABŞ-ın əleyhinə dəyişəcək”.

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: