TƏBRİK: HİKMƏT QƏHRAMANOV — 52
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda iştirak edən ehtiyatda olan mayor Hikmət Qəhramanovu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib- tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu, xoşbəxt edəcək şəkildə keçsin.
Ehtiyyatda olan mayor Qəhramanov Hikmət Həsrət oğlu 6 sentyabr 1970-ci ildə Balakən rayonunda anadan olub.
1977 — ci ildə Balakən rayon Şambulbinə kənd orta məktəbin 1-ci sinifinə qəbul olub 1987- ci ildə Qazma 2 nömrəli məktəbin 10-cu sinifini bitirmişdir.
1988-ci ildən 1990- ci ilədək Sovet silahlı qüvvələrinin Altay diyarında Biysk şəhərində Daxili Qoşunlarda taqım komandirinin müavini (starşina) kimi xidmət etmişdir .
1990-ci ildə Azərbaycan Pedaqoji Universitetinin «Hərbi hazırlıq Fiziki tərbiyə «fakultəsinə qəbul olmuş 1995 -ci ildə həmin fakultəni «Fərqlənmə»diplomu ilə bitirmişdir.
Müharibə Nazirliyinin Tər -Tər rayonunda yerləşən N saylı hərbi hissəsində əvvəlcə taqım komandiri , sonra Bölük komandiri Taborun qərargah rəisi vəzifələrində Qapanlı, Manquşavan, Qırmızı kənd ,Təzə kənd ərazilərində xidmət edib.
Hikmət Qəhramanov 1997ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə (tabor qərargah rəisi üzrə) 2010 — ci ildə isə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin hərbi kəşfiyyat rəisi kurslarını bitirmişdir.
Qəhrəmanov Hikmət Həsrət oğlu nəzəri və praktiki biliyi ilə ilə,təcirbəsi ilə,işgüzarlığı və mənəvi keyfiyyətilə, peşəkarlığı və humanistliyi ilə, secilən ən məhsuldar 23 (iyrimi üc) ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirərək, Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
1999- cu ildən 2016- cı ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Zaqatala şəhərində Bölük komandiri, Kəşfiyyat rəisi Quba şəhərində Xüsusi Vasitələrin Tətbiqi bölməsinin komandiri vəzifələrində xidmət etmişdir.
Silahlı cinayətkarın axtarıb tutulması və zərərsizləşdirilməsi, ictimai əsaişin pozulması hallarının qarşısının alınmasında xüsusi fədakarklıq göstərmiş , xidmətlərinə görə müxtəlif orden medall və mükafatlarla təltif olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyev tərəfindən 2016 -ci il 10 mart tarixli 1877 nömrəli sərəncamı ilə «Hərbi xidmətlərə görə»medalı ilə təltif olunub.
Cənab mayor üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş tabeciliyində olan şəxsi heyətin dərin nüfuz və hörmətini qazanmışdır .
Təbrik edirik!
HİKMƏT BƏY! 100 YAŞA, SAGLAM YAŞA.
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Vetiranlari İctimai birliyinin sədir müavini polkovnik Salman Musayev