UEFA Putinlə bağlı şüarlar səsləndirən «Fənərbağça» haqda qərar verdi
UEFA Türkiyənin «Fənərbağça» klubuna intizam işi açıb.
Buna «sarı-lacivərtlilər»in azarkeşlərinin doğma meydanda Ukraynanın «Dinamo» (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.
Fanatlar 57-ci dəqiqədə Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.
Xatırladaq ki, görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.
Mənbə: Offsideplus.az