21.11.2024

Prezident bu şəxsi vəzifəsindən azad etdi — SƏRƏNCAM

Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Süleymanov 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub.

O, 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışırdı.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: