08.09.2024

Şəhidimizin övladı faciəvi şəkildə öldü

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.

Bu hadisə Gəncə şəhərində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.

Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanda dəfn olunub. İxtisasca kəşfiyyatçı olan H.Cəfərli «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib.

Qəhrəman döyüşçü, şəhidimiz Həmid Cəfərli Azərbaycan Vətən Müharibəsi Vətən  Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli polkovnik Elmar Hüseynovun bacısı oğludur.

AVMVİB Rəhbərliyi, Veteran.az və Fedai.az kollektivi Elmar Hüseynova və mərhumun yaxınlarına şəhid övladı Hüseyn Cəfərlinin faciəli surətdə vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.

Məkanı cənnət olsun! Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: