08.09.2024

Ukraynada rus zabitləri və satqın polkovnik-leytenant öldürüldü – ADLARI AÇIQLANDI

Ukraynada rus zabitləri öldürülüb.

Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan “Telegram”-da yazır ki, bunlar baş leytenant və desant-hücum birliyinin komandiri Vyaçeslav Esipov və Rusiya ordusunun kapitanı Aleksey Krılatıxdir.

Stefan hərbçilərin fotosunu dərc edib, lakin onların nə vaxt, harada və necə öldürüldüyünü açıqlamayıb.

Anatoli Stefan 2014-cü ildən rusların tərəfində vuruşan Lvovlu Nikolay Vaçik haqqında da məlumat verib. Nikolay Vaçik Fövqəladə Hallar Nazirliyində (indiki Dövlət Fövqəladə Hallar Xidməti), daha sonra isə Ukrayna Daxili İşlər Nazirliyində xidmət edib. 2014-cü ildə o, rus qoşunlarına qoşulub və orada polkovnik-leytenant rütbəsi alıb. Daha sonra «LPR Daxili İşlər Nazirliyi» adlanan yerdə çevik reaksiya qüvvələrinin xüsusi təyinatlı mərkəzinin rəhbəri olub.

Mənbə: Qafqaz.media

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: