22.03.2025

“Qazi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb” — TƏBİB

Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Elvin Məmmədovun özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb. Ağdaşda baş verdiyi iddia olunan hadisə ilə bağlı TƏBİB açıqlama yayıb. 

Qurumdan bildirilib ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib: «Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib. 

Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: