Ağ Ev Zmeyni müdafiəçilərinin şərəfinə sikkə buraxdı

Ağ Ev Zemeyni adasını işğaldan azad edən ukraynalıların şərəfinə sikkə buraxıb. Bu, «Tarixi anlar» seriyasından doqquzuncu, «Amerika prezidentliyinin tarixi anları» kolleksiyasından isə 34-cü sikkədir.
Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilir ki, hər bir sikkə üzərində nəşr nömrəsi olan sertifikatla və qızılı prezident möhürü olan məxmər qutuda təqdim olunacaq.
“Artıq 30 sentyabr 2022-ci il tarixindən etibarən çatdırılma ilə əvvəlcədən sifariş verə bilərsiniz. Ukrayna və bütün NATO ölkələrinə çatdırılma pulsuzdur. Sikkənin özü 100 dollar dəyərindədir. Satışdan əldə edilən bütün gəlirin 20%-i Ağ Evin Hədiyyə Dükanı vasitəsilə ukraynalı qadın və uşaqlara gedəcək”, — məlumatda qeyd olunub.