AVMVİB İdarə Heyətinin qərarı necə yerinə yetirilir?

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi tədbirlər həyata keçirilməkdədir. Kimsə bu tədbirlərdən kənarda qalmayacaq. Artıq 6 ay artıq geridə qalıb. Amma hələ vur-tut 41 rayon şöbəsində hərəkətlilik hiss olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov məsələyə münasibət bildirdi.

Ayda cəmi 10 manat ödəmək qabiliyyəti olmayan, İdarə Heyətinin verdiyi qərarı saymayan şöbə sədri bizə lazımdırmı? Cavab konkretdi və son AVMVİB Səbail rayon şöbəsində baş verənləri hər biriniz izlədi. Hazırda yeni sədr təyinatından sonra, həm bu cədvəldə, həm də AVMVİB-nin ictimai həyatında bu şöbə öz yerini bərpa etməkdədir. Bu cədvəl həqiqətən də şöbələrin fəaliyyət göstəriciləri də sayıla bilər. Çünki Birliklə sıx əlaqələri olan, ölkənin ictimai həyatında fəal iştirak edən rayon şöbələrimiz elə bu cədvəldə olduğu kimi öndədirlər. Ona görə də bu cədvəli elə fəaliyyət göstəricisi də saymaq olar.
V. Abdurəhmanov qeyd etdi ki, həqiqətən də, çox saylı tədbirlərə imza atan, hərbi hissələrdə, məktəblərdə, qazilərimizlə görüşdə, şəhidlərimizin Anım tədbirlərində öncül olan şöbələrimiz qarşılarında «0» və kiçik rəqəmlər yazılan digər şöbələrimizə örnək olmalıdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarının icrası hər birimizin, həm AVMVİB Rəhbərliyinin, həm də AVMVİB sədrinin səlahiyyətli nümayəndələrinin diqqətində olmalıdır. Qərar verilibsə, yerinə yetiriləcəkdir. Artıq 6 şöbədəki dəyişiklik öz müsbət nəticələrini verməkdədir. Bu şöbələr öz fəaliyyətlərini bərpa etməyə çalışırlar. Bəzi şöbə sədrlərinin bacarıqsızlığı sayəsində müharibə veteranlarımızın haqlı narazılığına səbəb olur. Bu könüllü işə «könülsüz» qatılanlara sıralarımızda yer olmamalıdır. Naxçıvan istisna olmaqla 81 şöbədən 41 şöbənin adının cədvəldə əks olunması çox pis göstəricidir.
P.S. Yaxın günlərdə bizim «0» — lıq şöbələrimizin siyahısını təqdim edəcəyik…
QEYD: Cari dövrə görə 50,0%-lik göstərici 100% ödəniş deməkdir. Yəni bu şöbələr hər 6 ayı ödəyiblər.
AVMVİB Nərimanov rayon şöbəsi — 158,2%
AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
AVMVİB Laçın rayon şöbəsi — 125,0%
AVMVİB Zərdab rayon şöbəsi — 116,6%
AVMVİB Ağdaş rayon şöbəsi — 116,6%
AVMVİB Saatlı rayon şöbəsi — 100,0%
AVMVİB Dəmir Yolu şöbəsi — 100,0%
AVMVİB Goranboy rayon şöbəsi — 100,0%
AVMVİB Çilov şöbəsi — 100,0%
AVMVİB Nəsimi rayon şöbəsi — 91,6%
AVMVİB Balakən rayon şöbəsi — 83,3%
AVMVİB Balakən rayon şöbəsi — 83,3%
AVMVİB Səbail rayon şöbəsi — 75,0%
AVMVİB Ucar rayon şöbəsi — 75,0%
AVMVİB Mingəçevir şəhər şöbəsi — 66,6%
AVMVİB Bərdə rayon şöbəsi — 66,6%
AVMVİB Qazax rayon şöbəsi — 58,3%
AVMVİB Ağstafa rayon şöbəsi — 50,0%
AVMVİB Gəncə şəhər şöbəsi — 50,0%
AVMVİB Xankəndi şəhər şöbəsi — 50,0%
AVMVİB Sabunçu rayon şöbəsi — 50,0%
AVMVİB Beyləqan rayon şöbəsi — 50,0%
AVMVİB Qubadlı rayon şöbəsi — 50,0%
AVMVİB Sumqayıt şəhər şöbəsi — 50,0,%
AVMVİB Naftalan rayon şöbəsi — 50,0%
AVMVİB Şəmkir rayon şöbəsi — 41,6%
AVMVİB İmişli rayon şöbəsi — 41,6%
AVMVİB Lənkəran rayon şöbəsi — 41,6%
AVMVİB Füzuli rayon şöbəsi — 41,6%
AVMVİB Nizami rayon şöbəsi — 41,6%
AVMVİB Binəqədi rayon şöbəsi — 41,6%
AVMVİB Tovuz rayon şöbəsi — 33,3%
AVMVİB Cəbrayıl rayon şöbəsi — 33,3%
AVMVİB Yasamal rayon şöbəsi — 33,3%
AVMVİB Quba rayon şöbəsi — 25,0%
AVMVİB Abşeron rayon şöbəsi — 25,0%
AVMVİB Yevlax rayon şöbəsi — 20,8%
AVMVİB Xəzər rayon şöbəsi — 16,6%
AVMVİB Suraxanı rayon şöbəsi — 16,6%
AVMVİB Sabirabad rayon şöbəsi — 8,3%
AVMVİB Qaradağ rayon şöbəsi — 8,3%
AVMVİB İsmayıllı rayon şöbəsi — 8,3%
AVMVİB Mətbuat Xidməti