21.11.2024

Rus general açıqladı: NATO ilə müharibədə ilk o şəhər vurulacaq

Rusiya Parlamentinin Müdafiə Komitəsinin üzvü, general Andrey Qurulyov NATO ilə mümkün müharibədə ilk vurulacaq yerin adını açıqlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Putinə yaxınlığı ilə tanınan Qurulyov Rusiya Dövlət Televiziyasının “Rossiya-1” kanalında NATO ölkələrini hədələyib. Rusiya ordusunun müharibə zamanı istifadə edəcəyi üsullardan danışan Qurulyov sözlərinə belə davam edib:

“Biz ilk hava kampaniyasında düşmənin kosmosdakı peyklərini məhv edəcəyik. Onların ABŞ və ya Britaniya olmasının fərqi yoxdur. Biz onların hamısını NATO üzvü kimi görürük. Kritik ərazilərin dağıdılmasını əhatə edən əməliyyatı çərçivəsində Qərbi Avropanın enerji təchizatı kəsiləcək və hərəkətsizləşdiriləcək. Bütün enerji mənbələri məhv ediləcək. İkincisi, biz (onların) bütün raket əleyhinə müdafiə sistemlərini 100% zəiflədəcəyik. Üçüncü mərhələdə isə soyuqda, yeməksiz və elektriksiz mübarizəni davam etdirməklə bağlı ABŞ-ın Qərbi Avropaya nə deyəcəyini görəcəyəm”.

Qurulyov bildirib ki, belə bir müharibədə Rusiyanın ilk hədəfi Berlin və ya Paris olmayacaq:

“Bu əməliyyatlar Varşavadan, Parisdən, Berlindən başlamayacaq. Aydındır ki, dünya üçün təhlükə anqola-sakslardan gəlib. “Birinci vurulacaq yer London olacaq”, — deyə o söyləyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: