05.02.2025

Ordumuzun hərbçiləri ağır qəzada HƏLAK OLDULAR

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Veteran.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan «Toyota» markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin — Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər. Onların hərbi qulluqçu olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: