21.11.2024

AVMVİB İdarə Heyətinin qərarı necə yerinə yetirilir?

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi tədbirlər həyata keçirilməkdədir. Kimsə bu tədbirlərdən kənarda qalmayacaq. Artıq 5 ay geridə qalıb. Amma hələ vur-tut 37 rayon şöbəsində hərəkətlilik hiss olunub. Nümunə üçün deyək ki, Gəncə, Qubadlı, Ağstafa rayon şöbələri hər ayın əvvəli öz ödənişlərini edir və məlumat verirlər. Öyrənmək istəyən bu şöbələrin təcrübəsini öyrənə bilərlər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında danışdı.


Qurban Osmanov bildirdi ki, AVMVİB İdarə Heyətinin ən son yığıncağında da bu məsələ bir daha müzakirə olundu. Düzü deməyə söz tapmıram. Artıq 5 ildir ki, eyni sözü təkrarlayırıq. İşləyə bilməyənlər, AVMVİB İdarə Heyətinin Qərarını yerinə yetirmək iqtidarında olmayan şöbə sədrləri bilməlidirlər ki, əvəzedilməz kimsə yoxdur. Ən azı gənclərimizin önünü açmalıyıq. Şöbə sədrləri var ki, sosial şəbəkədə «tiktokerlik» edir, Zimbabvedən xəbər verir, amma Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) qəbul etdiyi qərarlardan və baş verən yeniliklərdən xəbər tuta bilmirlər. Özü də Fədai.az və Veteran.az internet resursları hər gün yenilənən formatda yayınlanır. Deməli bu şəxslərin maraqları ümumbirlik maraqlarından üstündür.


Q. Osmanov bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyəti bu Qərarın tam yerinə yetirilməsinə aylıq nəzarəti həyata keçirir. AVMVİB Mətbuat Xidməti «0» göstəricili rayon şöbələri haqqında illər üzrə hesabat təqdim etsin. Yəni biz onlara lazım deyiliksə, onlar bizə dünəndən lazım deyillər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayndələri bu məsələdə fəaliyyətə keçməlidirlər. Ötən il üçün AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənovun fəaliyyəti hər kəsə örnək olmalıdır. 5 ay arxada qalıb.

Nəticələr utancvericidir…


2022-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün cədvəli təqdim edirik:


QEYD: Cari dövrə görə 41,6%-lik göstərici 100% ödəniş deməkdir. Yəni bu şöbələr hər 5 ayı ödəyiblər.


1. AVMVİB Nərimanov rayon şöbəsi — 158,2%
2. AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
3. AVMVİB Saatlı rayon şöbəsi — 100,0%
4. AVMVİB Zərdab rayon şöbəsi — 100,0%
5. AVMVİB Dəmir Yolu şöbəsi — 100,0%

6. AVMVİB Goranboy rayon şöbəsi — 100,0%
7. AVMVİB Ağdaş rayon şöbəsi — 83,3%
8. AVMVİB Çilov şöbəsi — 83,3%
9. AVMVİB Xankəndi şəhər şöbəsi — 50,0%
10. AVMVİB Nəsimi rayon şöbəsi — 50,0%
11. AVMVİB Sabunçu rayon şöbəsi — 50,0%
12. AVMVİB Beyləqan rayon şöbəsi — 50,0%
13. AVMVİB Gəncə şəhər şöbəsi — 41,6%
14. AVMVİB Qazax rayon şöbəsi — 41,6%
15. AVMVİB İmişli rayon şöbəsi — 41,6%
16. AVMVİB Lənkəran rayon şöbəsi — 41,6%
17. AVMVİB Füzuli rayon şöbəsi — 41,6%
18. AVMVİB Nizami rayon şöbəsi — 41,6%
19. AVMVİB Qubadlı rayon şöbəsi — 41,6%

20. AVMVİB Binəqədi rayon şöbəsi — 41,6%
21. AVMVİB Ağstafa rayon şöbəsi — 33,3%
22. AVMVİB Tovuz rayon şöbəsi — 33,3%
23. AVMVİB Cəbrayıl rayon şöbəsi — 33,3%
24. AVMVİB Yasamal rayon şöbəsi — 33,3%
25. AVMVİB Naftalan rayon şöbəsi — 33,3%
26. AVMVİB Sumqayıt şəhər şöbəsi — 25,0,%
27. AVMVİB Mingəçevir şəhər şöbəsi — 25,0
28. AVMVİB Quba rayon şöbəsi — 25,0%
29. AVMVİB Abşeron rayon şöbəsi — 25,0%
30. AVMVİB Yevlax rayon şöbəsi — 20,8%
31. AVMVİB Xəzər rayon şöbəsi — 16,6%
32. AVMVİB Səbail rayon şöbəsi — 16,6%
33. AVMVİB Sabirabad rayon şöbəsi — 8,3%
34. AVMVİB Suraxanı rayon şöbəsi — 8,3%
35. AVMVİB Qaradağ rayon şöbəsi — 8,3%
36. AVMVİB İsmayıllı rayon şöbəsi — 8,3%
37. AVMVİB Laçın rayon şöbəsi — 8,3%


AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: