08.09.2024

Ərdoğan yeni savaş anonsu verdi: ASO-dan dəstək gəldi: «Minlərcə döyüşçümüz var»

Türkiyə prezidenti Ərdoğanın Suriyada növbəti əməliyyatın anonsunu verməsindən sonra bölgədə hərəkətlilik artıb.

Bu barədə «Reuters» məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun mövqelərini və ərazisini tez-tez atəşə tutan PKK/YPG qüvvələrinin Suriyada yerləşdiyi bəzi ərazilərə planlanan hücuma adıçəkilən  ölkədəki silahlı müxalif qruplardan da ciddi dəstək veriləcək.

Bu barıdı «Reuters»ə danışan müxalif Suriya Milli Ordusunun (ASO) səlhaiyyətliləri Türkiyənin tetor qrupu olan YPG-yə qarşı əməliyyatına dəstək veriləcəyini bəyan ediblər.

Suriya Milli Ordusundan Abdülsalam Abdülrezak deyib ki, Ərdoğanın açıqlamasından sonra bölgədəki birliklərinə təlimat verilib: «Bizə hazır olmağımız üçün bir-iki gün bəs edir. Türkiyə ordusunun yanına qatılacak minlərcə döyüşçümüz var».

Məlumatda o da deyilir ki, Türkiyə ordusu əməliyyatın iki bölgə üzrə aparılacaq: «Türkiyənin iki hədəfi var: Tel-Rıfat və Kobani. Bu iki bölgənin alınması Türkiyənin nəzarətində olan Cerablus və Tel Abyata bağlantını təmin edəcək».

Mənbə: Gundem.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: