08.09.2024

Həkim AVMVİB — nin Fəxri fərmanıyla təltif edilib

Müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hər zaman göstərdiyi həssas və qayğıkeş münasibətə görə və 28 May — Respublika Günü münasibətiylə həkim-nefroloq Barat Vəliş oğlu Yusubov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri fərmanla təltif edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev məlumat verib.

Fəxri fərmanı Barat Yusubova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov təqdim edərək, 28 May Respublika günü və təltif münasibətiylə təbrik edib və müharibə veteranları adından minnətdarlığını bildirib.


Təbrik edirik!


Nurlan

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: